MİDA tərəfindən Füzuli yaşayış kompleksində görülən işlərlə tanışlıq
Siyasət

MİDA tərəfindən Füzuli yaşayış kompleksində görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verdi.

Qeyd olundu ki, ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi 54-68 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 71-109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92-108 kvadratmetr təşkil edəcək.

Hazırda kompleksin inşası sürətlə keyfiyyətlə davam etdirilir. Tikinti işlərinin 2023- ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli qaz plitəsi, su, qaz elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun idman meydançaları da istifadəyə veriləcək.

AZƏRTAC