Milli Məclisin rəhbərliyi və deputatlar helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı veriblər
Sosial həyat

Milli Məclisin rəhbərliyi və deputatlar helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı veriblər

Milli Məclisin rəhbərliyi və deputatlar Xızı rayonu ərazisində baş verən helikopter qəzasında həlak olan hərbçilərin ailələrinə başsağlığı veriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir: "Milli Məclisin rəhbərliyi və deputatlar Xızı rayonu ərazisindəki "Qaraheybət" aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olmasından kədərləndiklərini bildirir, həyatlarını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!".

AZƏRTAC