Milli Məclisin sədri BMT-nin mənzil-qərargahında Türkiyədəki zəlzələ qurbanlarının xatirə guşəsini ziyarət edib
Sosial həyat

Milli Məclisin sədri BMT-nin mənzil-qərargahında Türkiyədəki zəlzələ qurbanlarının xatirə guşəsini ziyarət edib

Martın 30-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ziyarətçilər həlak olanların xatirəsini yad edib, burada yaradılmış sərgi ilə tanış olublar.

Sonda ziyarətçilər xatirə kitabını imzalayıblar.