Milli Məclisin sədri CAR Prezidentinin xalqa müraciəti mərasimində iştirak edib
Siyasət

Milli Məclisin sədri CAR Prezidentinin xalqa müraciəti mərasimində iştirak edib

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasında rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan parlamentinin Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosanın xalqa müraciəti mərasimində iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, CAR parlamentinin hər iki palatasının birgə iclasından əvvəl keçirilən mərasimdə Siril Ramafosa ölkənin və rəhbərlik etdiyi hökumətin hədəfləri, qarşıda duran vəzifələr, xarici siyasi fəaliyyəti və digər prioritetlər barədə danışıb.

Prezidentin müraciəti başa çatdıqdan sonra parlamentarilər Milli Məclisin sədri Sahibə Qafarovanı və tədbirdə iştirak edən digər parlament nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar.