Milli Məclisin sədri Qazaxıstana işgüzar səfərə gedib
Siyasət

Milli Məclisin sədri Qazaxıstana işgüzar səfərə gedib

Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərə gedib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfərdə məqsəd MDB Parlament Assambleyasının (PA) 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.

Almatı Beynəlxalq Aeroportunda nümayəndə heyətini MDB PA-nın Baş katibi Dmitri Kobitski, Qazaxıstan Parlamentinin deputatları, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin MDB PA-nın Şura iclasında çıxışı və iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

İşgüzar səfər martın 29-da başa çatacaq.

AZƏRTAC