Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Estoniyaya rəsmi səfəri başlayıb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Estoniyaya rəsmi səfəri başlayıb

Fevralın 6-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Estoniya Respublikasına rəsmi səfəri başlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətini Tallin Lennart Meri hava limanında Estoniyanın Azərbaycandakı səfiri xanım Anneli Kolk, ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Estoniya Respublikasının prezidenti, parlamentin sədri və ölkənin digər rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

AZƏRTAC