Milli Məclisin sədri Sahibə Qafarovanın Türkiyəyə işgüzar səfəri başlayıb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarovanın Türkiyəyə işgüzar səfəri başlayıb

İyulun 21-də Türkiyədə Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin ikinci Üçtərəfli Görüşü keçiriləcək. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti tədbirdə iştirak etmək üçün İstanbul şəhərinə işgüzar səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin ikinci Üçtərəfli Görüşündə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

İşgüzar səfər iyulun 22-də başa çatacaq.

AZƏRTAC