Milli Məclisin sədri Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb
SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb

Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlament Sədrlərinin Konfransında iştirak etmək üçün Yunanıstana işgüzar səfərə gedib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Afina Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini ölkəmizin Yunanıstandakı səfiri Anar Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Oktyabrın 21-də Parlament Sədrlərinin Avropa Konfransında Sahibə Qafarovanın çıxışı gözlənilir. Onun tədbirdə iştirak edəcək parlament sədrləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

AZƏRTAC