Milli Müdafiə Universitetində buraxılış mərasimi
Digər xəbərlər

Milli Müdafiə Universitetində buraxılış mərasimi

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib. 10 iyun bu barədə qurumdan verilən məlumatda bildirilir.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyevin təbriki akademik kursun dinləyicilərinə çatdırılıb.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonra məzunlara diplom və döş nişanları təqdim olunub, yaş kötüyünə xatirə lövhəsi vurulub.

“Respublika”.