Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı könüllüləri qəbul edib
Region

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı könüllüləri qəbul edib

Mingəçevir Şəhər  İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə müxtəlif sosial bacarıqlarını göstərirlər. Ötən gün Mingəçevir Şəhər İcra Hakimiyyətinə növbəti təcrübə keçmək üçün  gənclər  qəbul edildi.  Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq keçirilən tədbirdə icra hakimiyyətinin başçısı İlham İsmayılov könüllülərə bütün dünyada tüğyan edən COVID-19 pandemiyası ilə mübarizə tədbirləri haqqında məlumat verərək dedi: “Biz çalışırıq ki, şəhər icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində fəaliyyət davam etdirilsin. Könüllülük fəaliyyətinin Azərbaycanda artıq səmərəsi görünür. Yəni könüllülük institutunun yaranması əslində gənclərin gələcək həyata hazırlanması və peşəkar fəaliyyətdə bir vəsilədir. Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu ideologiya ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətləri var. Könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak edirlər”. Könüllülər çıxış edərək, təcrübə müddətində  bir çox biliklərə yiyələnəcəklərini və gələcəkdə iş karyerasında əldə etdikləri təcrübədən yararlanacaqlarını bildirdilər. Sonda icra başçısı gənclərə  könüllülük  fəaliyyətində uğurlar arzuladı.

Zabit XƏLİLOV,

“Respublika”.