MİNGƏÇEVİRDƏ AĞACƏKMƏ AKSİYASI
Ekologiya

MİNGƏÇEVİRDƏ AĞACƏKMƏ AKSİYASI

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmış, paytaxtımızda regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət vermişdir.

Ulu öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan diqqət qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam inkişaf etdirilir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş plana uyğun olaraq silsilə tədbirlər geniş vüsat alıb. Növbəti dəfə şəhərin Xaldan şosesi istiqamətində, Nəsimi parkının sol tərəfində geniş ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilatların rəhbər heyəti təmsilçiləri, şəhər Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivləri, mətbuat ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qabaqcadan əraziyə su xətləri çəkilmiş, ağacların əkimi üçün çalalar qazılmışdır. Ağaclar əsasən Eldar şamlarından ibarət olub. Belə ki, hazırda planetar miqyasda baş verən qlobal iqlim dəyişmələri səbəbilə son vaxtlar Mingəçevir şəhər landşaftının formalaşdırılmasında əsasən yerli şəraitə uyğunlaşan bol oksigen hasil edən ağacların əkilməsinə daha üstünlük verilir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov il ərzində ağacəkmə aksiyasının ardıcıl olaraq, şəhərin müxtəlif ərazilərində davam etdiriləcəyini diqqətə çatdırıb. Qeyd edək ki, il ərzində şəhərin müxtəlif ərazilərində 500 ədədə yaxın ağac tinglərinin əkilməsi nəzərdə tutulub. Start verilən ərazidə isə aksiya iştirakçıları 200 ədəd Eldar şamı əkib suvarıblar.

Zabit XƏLİLOV,

"Respublika".