Misir səfiri: Azad olunmuş ərazilərdə bərpa işləri yüksək səviyyədə aparılır
MÜSAHİBƏLƏR

Misir səfiri: Azad olunmuş ərazilərdə bərpa işləri yüksək səviyyədə aparılır

Suqovuşanda olmağıma çox şadam. Azad olunmuş ərazilərdə bərpa işləri yüksək səviyyədə gedir.

AZƏRTAC xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri zamanı deyib.

Səfir bildirib: "Nəhayət bu ərazilərdə sülh bərpa olundu. Bu münasibətlə Azərbaycan xalqını və hökumətini təbrik edirəm. Əminəm ki, tezliklə hər şey qaydasına düşəcək və bu torpaqlardan olan insanlar doğma yurdlarına qayıdacaqlar".

AZƏRTAC