Misir və Livandan olan tədqiqatçılar Cəbrayılda minatəmizləmə əməliyyatlarını izləyiblər
Digər xəbərlər

Misir və Livandan olan tədqiqatçılar Cəbrayılda minatəmizləmə əməliyyatlarını izləyiblər

Avqustun 10-da Misirdən və Livandan olan tədqiqatçılar Cəbrayılın Mehdili və Cocuq Mərcanlı kəndlərində minatəmizləmə əməliyyatlarını izləyiblər.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılara bu il yanvarın 11-dən bu günədək bu kəndlərin ərazisində ümumilikdə 1442 ədəd müxtəlif növ minanın zərərsizləşdirildiyi bildirilib. 

Tədqiqatçıların ölkəmizə səfərinin məqsədi Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq, bu istiqamətdə araşdırmalar aparmaq və faktları beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Sonra tədqiqatçılar minaların zərərsizləşdirilməsi prosesi ilə tanış olublar.

AZƏRTAC