Mixail Qusman: Rusiya və Azərbaycan KİV nümayəndələrinin görüşləri ənənəsinin əsasını Heydər Əliyev qoyub
MÜSAHİBƏLƏR

Mixail Qusman: Rusiya və Azərbaycan KİV nümayəndələrinin görüşləri ənənəsinin əsasını Heydər Əliyev qoyub

Rusiya Azərbaycan KİV nümayəndələrinin görüşləri ənənəsinin əsası daim onların təşkilinə kömək edən Heydər Əliyev tərəfindən qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə "Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri" mövzusunda keçirilən dəyirmi masada TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

M.Qusman deyib: Rusiya Azərbaycanın media strukturları arasında dialoqun bu formatı Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı təklif edilib. Həmin yaddaqalan görüşün iştirakçıları bu gün aramızdadır. Heydər Əliyev dəfələrlə belə görüşlərin əhəmiyyətini qeyd edib. Bu, artıq onun zamanında əsası qoyulmuş bir ənənədir o, daim onların təşkilinə kömək edirdi. Heydər Əlirza oğlu, həmçinin TASS-da, elə bu zalda Rusiya KİV-lərinin rəhbərləri ilə görüşürdü.

O vurğulayıb ki, dəyirmi masa iştirakçıları dostluq atmosferində peşə təcrübələrini bölüşüb, yeni qarşılıqlı fəaliyyət formalarını araşdırıblar.

M.Qusman əlavə edib: "Bu, olduqca mühümdür biz bunu çox yüksək qiymətləndiririk. Zənnimcə, iyulda Şuşada keçiriləcək forumda da Rusiyanın bir çox KİV-lərinin nümayəndələri iştirak edəcəklər. Dialoq davam edir bu, çox gözəl təcrübədir".