MN: Azərbaycan Ordusunun bölmələri Qırmızı Bazar istiqamətində atəş açmayıb
Digər xəbərlər

MN: Azərbaycan Ordusunun bölmələri Qırmızı Bazar istiqamətində atəş açmayıb

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən həmin istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb. Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur", - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

AZƏRTAC