MN: Ordumuzun Ermənistan silahlı bölmələrinə atəş açması məlumatı tamamilə yalandır
Digər xəbərlər

MN: Ordumuzun Ermənistan silahlı bölmələrinə atəş açması məlumatı tamamilə yalandır

Oktyabrın 24-ü saat 20:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Yayılan məlumatı qəti surətdə təkzib edirik.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

AZƏRTAC