Modul tipli məktəblər inşa olunur
Elm və təhsil

Modul tipli məktəblər inşa olunur

Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında" Sərəncamına əsasən Təhsil Nazirliyi tərəfindən Biləsuvar rayonunun Əmənkənd kəndində 56 şagird yerlik modul tipli məkdəb quraşdırılır.

Yeni tədris ilinə hazırlığın gedişi ilə əlaqədar olaraq Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Əmənkənd kəndində yeni inşa olunan modul tipli məktəbdə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olub.

Tikinti aparan təşkilatın rəhbərliyi tərəfindən icra başçısı Faiq Qürbətova məlumat verilib ki, modul tipli məktəb yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcəkdir.

Ərəstun ABDULOV,

"Respublika".