MOK-un baş katibi “Pekin-2022
İdman

MOK-un baş katibi “Pekin-2022"nin “Atletlər kəndi"ndə idmançılarımız üçün yaradılan şəraitlə tanış olub

Fevralın 5-də Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev "Pekin-2022"nin "Atletlər kəndi"ni ziyarət edib və burada idmançılarımız üçün yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, A.Əliyev "Pekin-2022"də ölkəmizi təmsil edən milli Olimpiya komandasına uğurlar arzulayıb.

Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.

"Pekin-2022" Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.

AZƏRTAC