Moldova parlamentinin sədri: Azərbaycanla parlament platformasında əməkdaşlığı bərpa etmək istəyirik
MÜSAHİBƏLƏR

Moldova parlamentinin sədri: Azərbaycanla parlament platformasında əməkdaşlığı bərpa etmək istəyirik

Moldova parlamentinin sədri kimi ilk dəfədir ölkənizə səfər edirəm. Biz çox istəyirik ki, parlament platformasında əməkdaşlığı bərpa edək. Yaxşı ideyalar var.

AZƏRTAC xəbər verir ki, bunu fevralın 21-də Azərbaycana rəsmi səfərə gələn Moldova parlamentinin sədri İqor Qrosu jurnalistlərə açıqlamasında bildirib.

"Moldovada Azərbaycanın diaspor nümayəndələri aktiv fəaliyyət göstərirlər. İnanıram ki, iki ölkə arasında münasibətlər çox yaxşı səviyyəyə yüksələcək", - deyə parlamentin sədri əlavə edib.

AZƏRTAC