Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan
Məktublar

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) İcraiyyə Komitəsi adından Sizə ehtiramımı bildirim və doğum gününüz münasibətilə təbriklərimi çatdırım.

Bu təntənəli və əlamətdar gündə ən xoş və ürəkdən gələn diləklərimi qəbul edin. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, uğurlu fəaliyyət, firavanlıq, məqsədlərinizə çatmaqda əzmkarlıq arzulayıram. Qoy bilik və həyat təcrübəniz Azərbaycan Respublikasının rifahı naminə gələcək məhsuldar işinizdə etibarlı təməl rolunu oynasın! İşgüzarlığınız və peşəkarlığınız, həmçinin mürəkkəb vəziyyətdə düzgün həll yolu tapmaq bacarığınız sayəsində Siz çoxlarına nümunəsiniz.

Sizə məsuliyyətli işinizdə sanballı nəticələr arzulayıram. Qoy həyatınızı həmişə xoş hadisələr, dostlarınızın və yaxınlarınızın sevgisi və dəstəyi zənginləşdirsin!

Fürsətdən istifadə edərək, möhtərəm Prezident, Sizə bir daha yüksək ehtiramımı bildirir, Azərbaycan Respublikasının firavanlığı və inkişafı naminə uğurlar diləyirəm.

Ən xoş arzularla, 

İrina Vlax

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri