Moldova Respublikasının sabiq Prezidenti, Sosialistlər Partiyasının fəxri sədri İqor Dodondan
Məktublar

Moldova Respublikasının sabiq Prezidenti, Sosialistlər Partiyasının fəxri sədri İqor Dodondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Moldova Respublikası Sosialistlər Partiyasının adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim kimi istər həmvətənlərinizin, istərsə də həmkarlarınızın yüksək hörmət və etibarını qazanmısınız. Sizin Azərbaycan xalqı qarşısındakı xidmətləriniz ölçüyəgəlməzdir.

Sizin Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi, ölkənin inkişafı üçün yeni vəzifələrin müəyyənləşdirilməsi istiqamətində səylərinizi alqışlayırıq.

Ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirirəm.

Yeni görüşlərə və partiyalararası əməkdaşlığın gücləndirilməsi ilə bağlı səmərəli birgə işin davam etdirilməsinə ümidvaram.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ruh yüksəkliyi, xoşbəxtlik, firavanlıq və yeni uğurlar arzulayıram.

Hörmətlə, 

İqor Dodon

Moldova Respublikasının sabiq Prezidenti,

Sosialistlər Partiyasının fəxri sədri