Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan
Məktublar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Bizim “Alma Mater”in bütün kollektivi adından yubileyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Siz uzun illərdir ki, müdrik rəhbər kimi əvvəlki nəsillərin təşəbbüslərini uğurla davam etdirir, aktual məsələlərin həlli yanaşmalarına zəruri innovasiya elementləri daxil edirsiniz. Avrasiya məkanının əsas ölkələrindən biri olan Azərbaycan çoxmillətli dünyəvi dövlətin möhkəm təməli üzərində sosial-iqtisadi sahəni inkişaf etdirir, beynəlxalq əlaqələrini fəal surətdə genişləndirir və möhkəmləndirir.

Sizin Vətənə sədaqətiniz və müstəsna peşəkarlığınız heyranlıq doğuran şəxsi keyfiyyətlərinizlə sıx əlaqələnir. Sizin ailənizi, uşaqlarınızı yaxşı tanıdığım üçün düşünürəm ki, onlar Əliyevlərin yaşlı nəslinin ən yaxşı xüsusiyyətlərini əxz ediblər və həmin nəslin əfsanəvi ənənələrini qoruyub saxlayırlar.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza bir daha möhkəm cansağlığı arzularımı, gözəl Azərbaycana firavanlıq və əmin-amanlıq diləklərimi qəbul edin.

Dərin hörmətlə, 

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki