Moskvada MDB İqtisadi Şurasının 97-ci iclası keçirilib
Digər xəbərlər

Moskvada MDB İqtisadi Şurasının 97-ci iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

Qırğız Respublikasının sədrliyi ilə keçirilən iclas nümayəndə heyətlərinin məhdud tərkibdə görüşü ilə başlayıb. Görüşdə MDB- iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. MDB-nin aqrar-sənaye kompleksi üzrə Hökumətlərarası Şurasının 2019-2022-ci illərdə fəaliyyəti Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyətlərinin geniş tərkibli görüşündə nüvə enerjisinin ictimai məqbulluğunun formalaşdırılmasında MDB- üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətləri, 2030-cu ilə qədər olan dövr üçün MDB ölkələrinin innovasiyalar sahəsində əməkdaşlığının Dövlətlərarası Proqramının iştirakçıları olan dövlətlərin innovasiyaların kommersiyalaşdırılması mərkəzlərinin fəaliyyəti məsələlərinə baxılıb.

İclasın yekununda radiasiya vəziyyəti ilə bağlı monitorinq məlumatlarının mübadiləsində MDB- üzv dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında saziş layihəsi, "Radionaviqasiya" Dövlətlərarası Şurasının 2018-2021-ci illərdə fəaliyyəti haqqında, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə Protokolun layihəsi, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin yer təkindən istifadə onun mühafizəsi üzrə 2021-2025-ci illər üçün birgə işlərin uzunmüddətli planının icrası haqqında layihə digər sənədlər imzalanıb.

MDB İqtisadi Şurasının növbəti iclasının bu il iyunun 23- onlayn formatda keçirilməsi qərara alınıb.

İqtisadi Şura öz işini MDB İqtisadiyyat Forumu ilə davam etdirib.