Mövsümün ilk məhsulu toplanır
İQTİSADİYYAT

Mövsümün ilk məhsulu toplanır

Ölkəmizdə ipəkçiliyin tarixi çox qədimlərə gedib çıxır, ayrı-ayrı bölgələrdə ipəkqurdunun becərilməsi bəslənilməsində yaxşı təcrübə əldə edilib. İpəkçiliyin əsas bazası hesab edilən baramaçılığın inkişaf etdirilməsinə hər il dövlət dəstəyi gücləndirilir. Bu, heç səbəbsiz deyil, çünki dünya bazarında ipək məhsullarına tələbatın artması nəticəsində onun qiymətində yüksəlmə müşahidə olunur.

Hazırda dünya bazarında 1 ton xam ipəyin qiyməti təqribən 20 ton pambıq mahlıcının qiymətinə bərabərdir. Ona görə son illərdə respublikamızda xam ipək istehsalında davamlı artım müşahidə olunur.

Regionların sosial-iqtisadi inkişafına dair 2004- ildən etibarən qəbul edilmiş Dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalı emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülür. Baramaçılığın ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə hazırlanmış "Azərbaycan Respublikasında baramaçılığın ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, istehsal edilən məhsulun keyfiyyət həcminin artırılmasına, ixrac potensialının yüksəldilməsinə kənd yerlərində məşğulluğun təmin edilməsinə böyük təkan verir.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi respublikanın baramaçılıq rayonları sırasında qabaqcıl yerlərdən birini tutur. Son illər rayonda baramaçılığın daha da inkişaf etdirilməsi istiqamətində müvafiq addımlar atılır. Ötən il təhvil verilən məhsulun həcminə görə Ağcabədi rayonu respublika üzrə ikinci yerdə dayanıb. Rayon kümçüləri hər qutudan 38.9 kiloqram barama istehsal edərək 33 tondan çox yaş baramanı məntəqələrə təhvil veriblər.

Cari mövsümdə rayonda baramaçılığa maraq xeyli artıb. Hazırda rayonda yetişdirilən baramanın toplanılmasına başlanılıb. Boyat kənd sakini Səbuhi Ələsgərov mayın 18- məhsulun toplanmasına başlayan ilk kümçü olub. Təcrübəli kümçü deyir ki, barama əldə etmək üçün gecə-gündüz çalışmalısan, çünki ipəkqurdu gün ərzində 7 dəfə yemlənir. Tut ipəkqurdu kümdə 20 dərəcə temperaturda saxlanılır. Əziyyəti çox olsa da gəliri yüksəkdir, bir ay müddətində məhsul başa gəlir. Bu mövsümdə bir qutu ipəkqurdudan 40-45 kq məhsul götürəcəyəm. Qeyd edək ki, təkcə Boyat kəndində kümçülərə cari ildə 25 qutu ipəkqurdu, ümumilikdə isə rayon kümçülərinə bu mövsümdə 700 qutu ipəkqurdu toxumu paylanıb. Ağcabədidə barama tədarükünə başlanılıb. Artıq mövsümün ilk məhsulu tədarük məntəqəsinə gətirilir. Bu il kümçülərə təhvil veriləcək yaş baramanın hər kiloqramına ümumilikdə, 11 manat vəsait ödəniləcək. Bu da kümçülərin daha çox gəlir əldə etməsinə səbəb olacaq.

S.BABAYEV,

"Respublika".