Müasir hüquq sisteminin və Azərbaycan ədliyyəsinin formalaşmasında  Ümummilli Liderin xidmətləri
SİYASƏT

Müasir hüquq sisteminin və Azərbaycan ədliyyəsinin formalaşmasında  Ümummilli Liderin xidmətləri

"Azərbaycan müstəqil dövlət kimi gənc olsa da, qısa tarixi zamanda ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemi sahəsində xeyli işlər görübdür".

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Azərbaycan xalqının çoxəsrlik tarixində müstəsna rola malik şəxsiyyətlərdən söz düşərkən sözsüz ki, birinci növbədə ulu öndər Heydər Əliyevin adı iftixar məhəbbətlə xatırlanır. Bu böyük şəxsiyyət rəhbərliyi dövründə ölkəmizi nəinki dünyaya tanıtmış, həm Azərbaycanda dövlətçiliyin möhkəm qanuni əsaslar üzərində qurulmasına nail olmuşdur. Xarizmatikliyi, geniş dünyagörüşü yüksək təşkilatçılığı ilə dövlətimizin daimi inkişafının təmini üçün qanunun aliliyini rəhbər tutan ulu öndər müdrik siyasi fəaliyyəti sayəsində bütün dövlət orqanlarında, o cümlədən ədliyyə sahəsində mütərəqqi dünyəvi islahatlar aparmışdır.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təməli qoyulan Ədliyyə Nazirliyinin həmin ilin 22 noyabrında Əsasnaməsi təsdiq edilərək hüquqi qüvvəyə minmişdir. Ölkəmizin "XI qızıl ordu" tərəfindən işğalından sonra respublikamızda digər dövlət qurumlarına olduğu kimi, ədliyyə sahəsinə olan münasibət xeyli sarsılaraq arxa plana keçmişdi. Lakin ulu öndər 2000-ci ilin 11 noyabrında imzaladığı Sərəncamla 22 noyabr tarixini "Ədliyyə işçilərinin peşə bayramı günü" kimi qeyd olunmasını təsdiq etdi. Bu, dahi liderin ədliyyə sahəsinə, eləcə həmin sahənin əməkdaşlarına xüsusi diqqət qayğısının növbəti göstəricisi idi.

Sovet hakimiyyətinin ilk illərindən başlayaraq mərkəzi hakimiyyətin Azərbaycan ədliyyə sisteminə ögey münasibəti özünü bariz şəkildə göstərirdi. Lakin Heydər Əliyevin 1969-cu ildə respublikamızda ali siyasi rəhbərliyə başlamasından az sonra onun təşəbbüsü sayəsində 1970-ci ilin 27 oktyabrında Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən təşkil olundu. Bu, ölkəmizin gələcək perspektivi üçün mühüm addım idi.

SSRİ dağıldıqdan respublikamız 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dövlət strukturlarının bütün sahələri kimi, ədliyyə sahəsində axsamalar özünü göstərirdi. Xalqın xahişi ilə ikinci dəfə ölkənin ali siyasi rəhbərliyinə qayıdan ümummilli lider bütün sahələr üzrə məqsədyönlü şəkildə dünyəvi, demokratik, hüquqi əsaslı islahatlar həyata keçirdi. Xalqımız da bilirdi ki, yalnız vaxtilə SSRİ kimi fövqəldövlətin ən ali elitasında təmsil olunmuş milli qüruru, xarizmatik idarəçilik qabiliyyəti olan Heydər Əliyev Azərbaycanı xaos bataqlığından xilas edə bilər. Çünki 1969-1982-ci illərdə onun respublikamızdakı rəhbər fəaliyyəti sayəsində müxtəlif sahələrdəki misilsiz inkişaf hamının yaxşı yadında idi. Bu böyük insan Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit olunmasına nail olmuşdu. Halbuki, həmin dövrdə əksər sovet respublikalarının rəsmi dövlət dili o respublikalarda yaşayan əsas yerli xalqın dilində deyildi.

Azərbaycanda anarxiya həddinə çatan ən kəskin ictimai-siyasi ziddiyyətlərin mövcud olduğu bir dövrdə yenidən siyasi rəhbərliyə başlayan Heydər Əliyev yeni Konstitusiyanın qəbul olunması zərurətini ölkə vətəndaşlarının nəzərinə çatdırdı. Onun rəhbərliyi ilə hüquqi, dünyəvi unitar dövlətimizin təməli olan yeni Konstitusiya layihəsi hazırlanaraq 1995-ci ildə Milli Məclisin müzakirəsinə verildi həmin ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu. Məhz elə birinci maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu vurğulanan həmin Konstitusiyada qanunvericilik, icra məhkəmə hakimiyyətlərinin müstəqilliyinin öz əksini tapması beynəlxalq hüquqi dövlət prinsiplərinə əsaslanırdı. Hamının qanun məhkəmə qarşısında bərabərliyi qeyd olunan Konstitusiyamızda öz əksini tapan maddələrin həyatımıza daha sürətli səmərəli təsirinin tətbiqi üçün ulu öndər bütün strukturlarda, o cümlədən ədliyyə sahəsində ardıcıl islahatlar apardı, Sərəncam fərmanlar imzaladı. Bu səmərəliliyin daha möhkəm təməl üzərində dayanması üçün Hüquqi İslahat Komissiyasını yaratdı, hüququn bütün sahələrinə aid müasir qanunvericilik mətnlərinin hazırlanmasına göstəriş verdi. Hüquqi İslahat Komissiyasının rəhbərliyini məsuliyyətini öz üzərinə götürən dahi lider bu sahədəki fəaliyyət ilə Azərbaycanın beynəlxalq miqyaslı yeni hüquq sisteminin müəllifi kimi tarixə öz adını yazdırmış oldu. Məhz onun sayəsində əvvəlkindən köklü surətdə fərqlənən yeni Konstitusiya əsasında müasir hüquq sistemi 3 pilləli məhkəmə sistemi formalaşdırıldı. Qısa zamanda hazırlanan hüquqi aktlar ən nüfuzlu beynəlxalq qurumlarda çox müsbət qarşılandı. 1997-ci ildə "Məhkəmələr hakimlər haqqında" yeni Qanunun qəbul edilməsi ulu öndərin ölkəmizin demokratiya yolunda irəliləmək arzusuna daha bir töhfə idi.

Ümummilli liderin 1993-2003- illərdəki rəhbərliyi dövründə Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi əhəmiyyətli şəkildə genişlənmiş, məhkəmə müstəqilliyinin təmin olunması istiqamətində misilsiz addımlar atılmış, o cümlədən məhkəmə qərarlarının icrası mexanizmi müəyyən edilmişdir. Bununla yanaşı, Ədliyyə Nazirliyinin strukturuna aid qurumların işinin daha da səmərəliləşdirilməsi naminə ulu öndər tərəfindən imzalanmış çoxsaylı fərmanlar nəticəsində əldə olunan mütərəqqi inkişaf artıq göz qabağında idi. Bu illər ərzində dövlətçiliyin daha möhkəm təməllər üzərində qurulması ilə paralel olaraq xalqımızın ictimai-siyasi, sosial-iqtisadi mədəni həyatının bütün sahələrində irəliləyiş günbəgün hiss olunurdu.

Şərqdə ilk olaraq ölüm hökmünü ləğv edən ölkə kimi Azərbaycanın adını növbəti dəfə dünya tarixinə daha bir mütərəqqi addımı ilə yazdıran ulu öndərin 10 fevral 1998-ci ildə həmin cəzanın ləğv edilməsi barədə təşəbbüsü, onun humanizminin qədər yüksək amallara bağlı olmasına, vətəninə xalqına dərəcədə canıyananlığına daha bir nümunədir. Məhz belə təşəbbüslər nəticəsində Əfv Amnistiya İnstitunun fəaliyyətə başlaması isə minlərlə insana əvəzsiz bəxşiş olmuşdur. Ölkə tarixində ilk dəfə olaraq test üsulu ilə, başlıcası isə şəffaf prosedurlarla yeni, müstəqil səlahiyyətli hakim korpusunun yaradılması, 3 pilləli məhkəmə sisteminin fəaliyyətinə yaradılan münbit şərait ulu öndər Heydər Əliyevin sayəsində reallaşmışdır.

Heydər Əliyevin rəhbərliyi dövründə möhkəm hüquqi təməl üzərində qurulmuş Azərbaycan dövlətçiliyi bu gün onun layiqli davamçısı, dövlətimizi dünyada daha qüdrətli qalib dövlət kimi tanıdan, güclü iradəsi, uzaqgörən siyasəti diplomatik məharəti nəticəsində 30 ildən sonra xalqımıza qalibiyyət hissini yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurlara doğru irəliləməkdədir. Ümummilli lider İlham Əliyev barəsində deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm". Beləliklə, mənalı ömrünü xalqımızın rifahına uğurlu gələcəyinə həsr edən ulu öndərin xalq qarşısında ən böyük xidmətlərindən biri , bu gün bütün dünyada Vətənimizin nüfuzunu günbəgün artıran möhtərəm Prezidentimiz İlham Əliyevin mükəmməl siyasi lider olaraq xalqımıza bəxş etməsi olmuşdur. Siyasi rəhbərliyə gəldiyi ilk gündən cənab İlham Əliyev ulu öndərin siyasi yoluna sədaqət göstərərək xalqın rifahının yüksəlişi, dövlət qulluqçularının, hüquq-mühafizə orqanlarının, o cümlədən ədliyyə işçilərinin şəraitinin daha da təkmilləşdirilməsi istiqamətində mütərəqqi addımlar atmışdır. Yaratdığı dövlətin gələcəyinin parlaq olacağına əminliklə inanan dahi rəhbər deyirdi: "Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır." Ulu öndərin arzusuna uyğun olaraq Azərbaycanın yüksəkliklər fəth etməsi bu gün dünyanın hər yerindən görünməkdədir.

Xüsusilə qeyd edilməlidir ki, siyasi humanitar fəaliyyətləri ilə yanaşı, Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən 2004- ildə "Heydər Əliyev Fondu" təsis edildi. Fonda rəhbərlik edən Mehriban xanımın təhsil, səhiyyə, mədəniyyət, idman, elm texnologiya, ekologiya, sosial digər sahələrdə müxtəlif layihələr həyata keçirməklə yeni cəmiyyət quruculuğunda fəal iştirakı, ölkənin sosial-iqtisadi inkişafına verdiyi əvəzsiz töhfə ulu öndər irsinin necə humanist hüquqi təməllər üzərində dayandığını bütün dünyaya bəyan edir.

Heydər Əliyevin quruculuq yolu ilə irəliləyən ölkəmizdə ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsi, ədliyyə orqanlarının məhkəmələrin fəaliyyətlərinin daha da təkmilləşdirilməsinin təmin edilməsi məqsədilə möhtərəm Prezidentimizin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023- illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda ədliyyə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə orqanlarının məhkəmələrin vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi, ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi, cəzaların icrası sisteminin təkmilləşdirilməsi, məhkəmə fəaliyyətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinin təmin olunması, yerli idarəetmənin inkişafında ədliyyə orqanlarının iştirakının səmərəliliyinin artırılması sair kimi istiqamətlərdə həyata keçirilməli olan zəruri tədbirlər müəyyən edilmişdir. Nazirliyin rəhbərliyinin nəzarətində olan bu vəzifələr bu gün ardıcıl olaraq yerinə yetirilməkdədir.

Ulu öndərin ideyalarının dönməz inkişaf yolunda olmasını sübut edən yüzlərlə nümunə göstərmək olar. Bunlardan biri kimi xatırlatmaq yerinə düşər ki, ölkə başçısının 17 avqust 2006- il tarixli "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərmanı ilə Ədliyyə Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilmiş, zəmanəmizin tələblərinə müvafiq mühüm qurumlar yaradılmış, məhkəmə-hüquq sistemində çalışan hüquqşünaslar üçün Ədliyyə Akademiyası təsis edilmiş, ölkə tarixində ilk dəfə olaraq vətəndaşların məhkəmələrə müraciətlərinin asanlaşdırılması, göstərilən hüquqi xidmətlərin günü-gündən yaxşılaşdırılması, bir sözlə, ölkədə hüquqi təsisatların daha səmərəli şəkildə stimullaşdırılması məqsədilə regional ədliyyə idarələri yaradılmışdır.

Məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası təsis edilmiş, hakimlərin ədalətlilik prinsipi ilə seçilmələri üçün mütərəqqi qaydalar müəyyənləşdirilmiş, bu məqsədlə müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası dəqiqləşdirilmişdir. Ötən müddət ərzində seçki yolu ilə hakim korpusunun yenilənməsi prosesi müvəffəqiyyətlə aparılmış, bu sahədə daha savadlı gənclərin yer almasına xüsusi önəm verilmişdir. Hakimlərin yükünün həddən artıq çoxluğu, bu səbəbdən məhkəmə proseslərində ləngimələrin nəzərə çarpması Məhkəmə-Hüquq Şurası tərəfindən təhlil edilərək, hakimlərin fəaliyyətlərinin daha səmərəli olması üçün ölkə Prezidentinin Fərmanına müvafiq olaraq hakimlərin ştat sayı artırılmışdır. Bütün bunlar, dahi millətinin qeydinə qalan işgüzar siyasətçi Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz tərəfindən layiqincə davam etdirilməsi, ədliyyə sahəsinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi sayəsində olmuşdur.

Ölkə başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev ili" elan edilməsinə Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən təqdirəlayiq təşəbbüs göstərilərək, ömrünü hüquq sahəsinə ümummilli lider irsinin öyrənilməsinə həsr edən gənclər üçün "Heydər Əliyev Azərbaycan ədliyyəsi" adlı elektron məlumat platforması yaradılmışdır. Bu il fevralın 17- həmin platformanın Bakı Dövlət Universitetinin Hüquq fakültəsi tələbələri üçün təqdimatının keçirilməsi gənc hüquqşünaslar ziyalılar tərəfindən rəğbətlə qarşılanmışdır. Nazirlik tərəfindən yaradılan internet saytları, "Qanunçuluq" jurnalı, "Ədliyyə" qəzeti, eləcə nazirliyin təşəbbüsü ilə keçirilən tədbirlər gənclərin Heydər Əliyev irsinin, ulu öndər tərəfindən beynəlxalq prinsiplər əsasında qurulmuş hüquqi dövlətin bütün sahələrinin daha dərindən öyrənilməsinə, böyük amallar əsasında, qanunun aliliyinə sədaqət prinsipi ilə möhtərəm cənab Prezidentimiz İlham Əliyev ətrafında sıx birləşməyə, inkişafa daha böyük qələbələrə istiqamətlənməsinə xidmət edir.

Heydər Əliyev ideyalarının çiçəklənməsinin nəticəsidir ki, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə günbəgün artması, dövlətimizin regionda aparıcı söz sahibi olması artıq dünya tərəfindən danılmaz reallıq kimi qəbul olunmuşdur. İkinci Qarabağ müharibəsində cəmi 44 günə möhtəşəm qələbə qazanmağımız da məhz ulu öndər ideyalarının sağlam təməl üzərində dayanmasının layiqli davamçı tərəfindən həyata keçirilməsinin sübutudur. Yeri gəlmişkən xüsusi qeyd etməyə dəyər ki, bu möhtəşəm, tarixi qələbə biz gənc ədliyyə işçilərinə daha əzmlə çalışmaq üçün xüsusi ruh verdi. Ali Baş Komandana yenilməz ordumuza bizə belə bir ruh yüksəkliyini bəxş etdikləri üçün sonsuz minnətdarıq. Biz regionda xüsusi söz sahibi olan Azərbaycan Respublikasının bir vətəndaşı ədliyyə işçisi kimi vətənimizin başucalığını qorumaq naminə qanunun aliliyini, vətənə layiqincə xidmət etməyi həmişə müqəddəs vəzifəmiz hesab edəcəyik.

Təsadüfi deyil ki, yoldaşımız, xatirəsini daim fəxrlə andığımız Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilov İkinci Qarabağ savaşında vətənin çağırışına səs verərək, öz xahişi ilə könüllü ön cəbhəyə getmiş Vətən yanğısı ilə döyüşərək 2020-ci il oktyabrın 21- şəhidlik zirvəsinə yüksəlmişdir. Onun bu şücaəti yüksək qiymətləndirilərək ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad edilməsinə görə" medalları ilə təltif edildi. Doğma yeri olan Ədliyyə Nazirliyi tərəfindən ona "Fəxri ədliyyə işçisi" adı verildi. İkinci Fəxri Xiyabanda torpağa tapşırılan Ruhin Xəlilovun xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir, ailəsinin qayğıları diqqətdən kənarda qalmır.

Əvvəlki illərin yubiley tədbirlərində olduğu kimi, bu il ulu öndərin 100 illik yubileyi ərəfəsində Ədliyyə Nazirliyi, eləcə onun bütün qurumları tərəfindən silsilə tədbirlərin keçirilməsi, bu böyük dühanın irsinin öyrənilməsi təbliğ edilməsi ruh yüksəkliyi ilə mütərəqqi ənənə şəklində davam etdirilir.

 Ölkəmizin bütün fəaliyyət sahələrinə, eləcə ədliyyə sisteminin bütövlükdə inkişaf tarixinə ulu öndər Heydər Əliyevin adı imzası qızıl hərflərlə həkk olunmuşdur. "Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam!" - ifadəsinin böyük düha, dünyamiqyaslı siyasi lider tərəfindən səslənməsi biz gənclər üçün qürurvericidir.

Təkcə ölkəmizdə deyil, dünyanın inkişaf etmiş ölkələrində ictimai xadim, fenomen siyasi lider kimi tanınan Heydər Əliyev irsinin öyrənilməsi təqdirəlayiq, rəğbətlə qarşılanan hadisələrdəndir. Təsadüfi deyil ki, indi bütün türk dünyası Azərbaycanın varlığı ilə fəxr edir. Türkiyə Cümhuriyyətinin bütün vətəndaşları isə ulu öndərin "Bir millət, iki dövlət" şüarını məmnunluq hissi ilə hər yerdə səsləndirirlər.

Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, milli qürur iftixar mənbəyimiz olan Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi dönəmində ulu öndərimizi minnətdarlıqla anır onun ideyalarına sədaqətimizi qürurla bildiririk.

Bayram BAYRAMZADƏ,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin

baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu.