Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən hər hansı atəş açılmayıb
Digər xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən hər hansı atəş açılmayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ordumuzun Kəlbəcər istiqamətində yerləşən bölmələrinin guya atəş açması nəticəsində erməni hərbçinin yaralanması ilə bağlı Ermənistan mətbuatında yayılan məlumatları təkzib edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib: "Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bildiririk ki, həmin istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir".

AZƏRTAC