Müdafiə Nazirliyi bölmələrimizin guya atəş açması barədə Ermənistan mətbuatında yayılan əsassız iddiaları təkzib edib
Digər xəbərlər

Müdafiə Nazirliyi bölmələrimizin guya atəş açması barədə Ermənistan mətbuatında yayılan əsassız iddiaları təkzib edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ordumuzun bölmələrinin guya Ağdərə istiqamətində atəş açması ilə bağlı Ermənistan mətbuatında yer alan əsassız iddialara münasibət bildirib.

Bununla əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda qeyd olunub ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

AZƏRTAC