Müdafiə Nazirliyi: Ermənistan ilə dövlət sərhədində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb
Digər xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan ilə dövlət sərhədində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb

Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Ermənistan silahlı qüvvələrində hər hansı itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər.

AZƏRTAC