Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölməsi ilə bağlı Gəncə Hərbi Prokurorluğunda cinayət işi başlanılıb
Digər xəbərlər

Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölməsi ilə bağlı Gəncə Hərbi Prokurorluğunda cinayət işi başlanılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə edilərkən yolda ölməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.