Müdafiə Nazirliyinin sabiq idarə rəisinə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib
Digər xəbərlər

Müdafiə Nazirliyinin sabiq idarə rəisinə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.Qurbanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

AZƏRTAC