Müdafiə sənayemizin inkişafı müttəfiqlik əlaqələrinin əsas seqmentlərindəndir
Digər xəbərlər

Müdafiə sənayemizin inkişafı müttəfiqlik əlaqələrinin əsas seqmentlərindəndir

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müdafiə sənayesi sahəsinə bu gün xüsusi diqqət ayıran cənab İlham Əliyev respublikanın hərbi qüdrətinin möhkəmləndirilməsi, xaricdən asılılığının aradan qaldırılması, ordumuzun təminatında yerli istehsalın genişləndirilməsi məqsədilə 2005-ci ildə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair sərəncam imzaladı. Nazirliyin tabeliyinə verilmiş istehsalın bərpası üçün əvvəl Müdafiə Sənayesi Nazirliyi tərəfindən geniş proqramlar, tədbirlər planı işlənib hazırlanaraq icrasına başlanıldı. Bununla yanaşı, tabeli müəssisələrdə texnoloji avadanlıq parkının yeniləşdirilməsi bərpa işlərinin aparılması, qanunvericilik bazasının yaradılması, maliyyə sabitliyi əldə etmək məqsədilə inkişaf tədbirlərinin həyata keçirilməsi, Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində müdafiə təyinatlı məmulatların istehsalı üzrə cari perspektiv proqnozların hazırlanması, sosial sahələrin bərpası inkişaf etdirilməsi kimi vəzifələr reallaşdırıldı.

Qeyd etmək lazımdır ki, həmin dövrdə dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl firma şirkətlərindən elmi texniki inkişafı özündə cəmləyən onlarla mürəkkəb əməliyyatı həyata keçirən texnoloji avadanlıq, yüzlərlə müxtəlif növ dəzgah, cihaz   alət alınıb quraşdırılmışdır. Bununla yanaşı, "İqlim Elmi-İstehsalat Müəssisəsi" MMC, "Avia-Aqreqat zavodu" MMC, "Sənayecihaz" Elmi İstehsalat Müəssisəsi, "Dalğa" Elmi İstehsalat Müəssisəsi "Alov" zavodu, aviasiya gəmilər üçün avadanlıqlar istehsal edən, iri müəssisələri özündə birləşdirən  "Avtomatik Xətlər" Elmi İstehsalat Müəssisəsində elektrotexnika, maşınqayırma məhsulları qeyri-standart avadanlıqlar da istehsal edir. Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə "Simsoft" Kompüter Texnologiyaları şirkəti arasında 8 sentyabr 2022-ci il tarixində imzalanmış Memorandumdan irəli gələn hərbi mülki sahələrdə silah-sursat, komanda-nəzarət, proqram təminatları tədris məqsədilə simulyasiya sistemlərinin inkişafı çərçivəsində 28 aprel 2023 tarixində işgüzar görüşün keçirilməsi müasir tələblərə cavab verən müdafiə arsenalının inkşafında önəmli rol oynayacaq.

Türkiyə-Azərbaycan əməkdaşlığı bütün sahələrdə olduğu kimi, müdafiə sənayesinin gücləndirilməsi istiqamətində uğurla inkişaf edir. 2017-ci il oktyabrın 31- "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" Saziş  imzalanmışdır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd prinsiplərinə uyğun olaraq iki dövlət qarşılıqlı fayda hüquq bərabərliyi prinsipləri əsasında daha da inkişaf etdi. Uğurlu dostluq əməkdaşlıq əlaqələrinin dünyada sülh təhlükəsizliklə yanaşı, iki ölkənin müştərək mənfəətlərinə töhfə verməsi, habelə hərbi təchizat silah sahəsində elmi texniki bacarıqlarından istifadə edərək müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi keçmişdə bu gün olduğu kimi, gələcəkdə davam edəcəkdir.

Digər tərəfdən, müasir texnologiya innovasiyaların tətbiqinə cavab verən innovasiya startap şəbəkələrinin, yaşıl enerji sistemlərinin yaradılmasına da xüsusi əhəmiyyət verilir. 2021-ci il iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm Texnologiya üzrə İkinci Zirvə toplantısında çıxışı zamanı cənab Prezident İlham Əliyevin Azərbaycanın texnologiya innovasiyalar sahəsindəki uğurlu siyasəti barədə qeyd etdiyi kimi: "...Ölkəmizin elmi texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır". Qeyd edək ki,  2021-ci il fevralın 2- təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində müasir texnologiyalar innovasiyaların Azərbaycanda tətbiqi çərçivəsində mühüm layihələr  həyata keçirilir.

Ölkə başçımız bütün türk dünyasına "Gücümüz birliyimizdədir" çağırışını edərkən daim bu fikri xüsusi qeyd edir ki, bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalı, aradan qaldırılması üçün birgə səylər göstərilməli, bu istiqamətdə addımlar atılmalıdır. 2021-ci il iyunun 15- "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə dost, qardaş strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoydu. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırmaqla yanaşı, Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın göstəricisidir. Möhkəm təməllərə köklü tarixə əsaslanan Bəyannamə bütün türk dünyası üçün strateji rol oynayır. Erməni işğalından azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması qardaşlığın əbədiləşdirilməsinin bariz sübutudur. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Məhz müdafiə sənayemizin inkişafı ordumuzun arsenalının genişləndirilməsi müttəfiqlik əlaqələrinin əsas seqmentlərindən hesab edilir.

"TEKNOFEST" Türkiyənin ən böyük aviasiya, kosmos texnologiya festivalıdır. Tədbir "Türkiyə Texnologiya Komandası" - T3 Fondu Türkiyə Respublikasının Sənaye Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Azərbaycan ilk dəfə 2021-ci ildə "TEKNOFEST" Aviasiya, Kosmos Texnologiya Festivalında iştirak etmişdir. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət startapın məhsul həlləri nümayiş olunmuşdur. Bununla yanaşı, ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənmişdir. "TEKNOFEST" Aviasiya, Kosmos Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.

"TEKNOFEST Azərbaycan" tədbiri 2022-ci ilin 26-29 may tarixlərində ilk dəfə Türkiyədən kənarda keçirilmişdir. "TEKNOFEST Azərbaycan" çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, "Smart Qarabağ" Hakatonu, "Take Off" Azərbaycan Startap Sammiti "Rocket League" videooyunu üzrə Avropa Kiber İdman Kuboku da təşkil olunmuşdur. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul həllərinin, eləcə gənclərin hazırladıqları prototiplərin STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları vertolyotların sərgilənməsi müasir innovativ yeniliklərin Azərbaycanın müdafiə sənayesi sahəsindəki rolunu göstərir. "TEKNOFEST Azərbaycan" festivalını 300 minə yaxın insan ziyarət etmişdir. Festival çərçivəsində üç beynəlxalq tədbir səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komandanın iştirakı gənclərin müdafiə sənayesi texnoloji savadlılığa olan marağının təcəssümüdür.

 Türkiyənin altıncı ildir təşkil etdiyi "TEKNOFEST" festivalı ildən-ilə öz inventarını genişləndirməkdədir. 81 vilayət 96 ölkədən 333 min komanda, 1 milyon iştirakçının müraciət etdiyi festivalda ölkə başçımızın da iştirakı yeni innovativ planların reallaşacağını göstərirdi. Belə ki, Prezident İlham Əliyev öz nitqində bildirdi ki, Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq. Heç şübhəsiz, bu addım, öz növbəsində Azərbaycanın hərbi-texnoloji sahədə inkişafında mühüm rol oyanacaq.

Nurlan ABDALOV,

"Respublika".