“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının Qanunu
Qanun

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 167; 2001, № 11, maddə 691; 2002, № 12, maddə 706; 2004, № 3, maddə 133; 2005, № 8, maddə 684; 2008, № 2, maddə 49, № 5, maddə 342; 2010, № 11, maddə 937; 2013, № 5, maddə 482; 2017, № 7, maddə 1261; 2018, № 6, maddə 1173; 2019, № 1, maddə 22; 2021, № 3, maddə 213) 41-ci maddəsinin 3-cü hissəsinin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyətinin bu Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir.”.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 20 dekabr 2021-ci il