Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir
Digər xəbərlər

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşqlər zamanı çətin relyefli ərazidə şərti düşmənin qurduğu mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, maneələr üzərində körpülər qurulur.

Hərbi mühəndislər taktiki-xüsusi məşqlər zamanı qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

AZƏRTAC