Multikulturalizmin və tolerantlığın mərkəzi
Mədəniyyət

Multikulturalizmin və tolerantlığın mərkəzi

Azərbaycan Prezidenti İlham Əliyev multikultural ənənələrin dinlərarası münasibətlərin inkişafına, milli-mənəvi dəyərlərin, dini tarixi abidələrin qorunmasına xüsusi qayğı ilə yanaşır. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dini-mədəni irsin qorunması sahəsində dəyərli layihələri bütün auditoriyalar tərəfindən yüksək dəyərləndirilir. Bu fəaliyyətlər Azərbaycanın dünyadakı tolerant imicinin, ali mənəvi dəyərlərə sadiqliyinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası əməkdaşlıq prosesində örnək rolunun təsdiqidir.

Dövlətimizin milli-mənəvi dəyərlərin qorunması istiqamətində atdığı addımlardan biri ölkədə dini maarifləndirmə milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirməkdir. Bu mənada cənab İlham Əliyevin 27 noyabr 2014- il tarixli Sərəncamını xüsusi qeyd etmək lazımdır. Belə ki, dövlət tərəfindən dini icmalara maliyyə vəsaitinin ayrılması milli dövlətçilik tariximizdə bir ilk idi bu addımın dini icmaların xarici qüvvələrin təsir dairəsinə düşmək ehtimalının qarşısının alınmasında müsbət rol oynayacağı, onlara dini radikalizm, ekstremizm, məzhəb ayrı-seçkiliyi, narkomaniya kimi müasir dövrün bəlalarına qarşı mübarizə istiqamətində geniş təbliğat-təşviqat işləri aparmasına şərait yaradacağı şübhəsizdir.

Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin nümayəndələrinin birgə yaşadığı məkan olmuşdur. Tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda bütpərəstlik, zərdüştiliklə bərabər, yəhudilik, xristianlıq İslam kimi səmavi dinlərin nümayəndələri yanaşı yaşamışlar. Danılmaz faktdır ki, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq olmuşdur. Etnik dini icmalar arasında daim möhkəm dözümlülük dostluq əlaqələri yaranmış, milli, irqi dini zəmində heç bir ayrı-seçkilik baş verməmişdir.

Adət-ənənənin, milli etnik mənsubluğun qorunub saxlanılması xüsusi mənəvi məsuliyyət tələb edir. Dini milli dəyərlər insanların şüuruna cəmiyyətə təsir göstərmək baxımından olduqca güclü vasitədir. Bu məqsədlə, bu gücdən sui-istifadə edən əks qüvvələr tarix boyu öz maraqlarını, siyasi-iqtisadi hegemonluqlarını bərqərar etmək üçün dindən daha geniş şəkildə yararlanmağa çalışmışlar bu proses müasir dövrdə davam etməkdədir.

Xalqımız 70 illik sovet rejimindən xilas olaraq yeni mərhələyə - milli-mənəvi dəyərlərə qayıdış dövrünə qədəm qoyduğu bir zamanda çoxlu problemlərlə üzləşmişdir. Azərbaycanın təbii sərvətlərlə zənginliyi bəzi xarici dairələrin diqqətindən kənarda qalmayaraq, din sahəsindəki boşluqlardan yararlanıb öz niyyətlərini həyata keçirməyə çalışmışlar. Müstəqilliyimizin bərpa edildiyi ilk dövrlərdə müharibə siyasi xaos nəticəsində yaranmış ağır sosial vəziyyətdən istifadə edən həmin qüvvələr xeyriyyə təşkilatı adı altında ölkəmizə ayaq açmış, əhalinin böyük qisminin dini məlumatsızlığından, İslama dair biliklərinin yetərsizliyindən istifadə edərək öz təlimlərini dini dəyər adı altında yaymağa az da olsa, müvəffəq olmuşlar. Vəziyyətin həssaslığı balanslaşdırılmış sağlam din siyasətinin həyata keçirilməsini tələb edirdi.

30 ilə yaxın işğal dövründə ərazilərimizdən müxtəlif cinayətlər üçün istifadə edən, burada qanunsuz yaşayışa rəvac verən, ekoloji, ideoloji, milli dini terrorizmi həyata keçirən Ermənistanın beynəlxalq hüquqazidd özbaşınalığı hələ qlobal dairələr tərəfindən səssizliklə qarşılanır. İşğaldan azad edilmiş ərazilərdə dünyanın bir çox yerlərindən gələn səyyahlar, jurnalist ictimai üzvlər buradakı vandalizmi öz gözləri ilə görərək beynəlxalq nəzəri məlumatlandırdılar. Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məskənlərinin vəziyyəti, eləcə dini mədəni abidələrə qarşı törədilmiş vəhşiliklər erməni faşizminin qədər təhlükəli qəddar olduğunu göstərir. Ancaq Azərbaycan dövləti bu gün həmin ərazilərdə hava limanları tikir, avtomobil yolları çəkir, yaşayış məskənlərini yenidən bərpa edir, tarix mədəniyyət abidələrinin görkəmini özünə qaytarır. Bu, həm Azərbaycan ilə Ermənistan arasında fərqin göstəricisidir. İşğal dövründə ermənilər öz nəzarətlərində saxladıqları ərazilərdə mövcud olan 60-dan çox dini abidənin, demək olar ki, hamısını dağıdıb yaxud təhqirlərə məruz qoyublar.

24 noyabr 2020-ci ildə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" Sərəncam imzalanması Prezident İlham Əliyevin azad edilmiş ərazilərimizdəki yenidənqurma işlərinə verdiyi önəmin əyani sübutudur. Məhz bu çərçivədə, 2020-2021-ci illərdən başlayaraq yeni inzibati digər tip tikililərin təməli atılmışdır bu gün quruculuq işləri operativ şəkildə reallaşdırılır. 2021-ci ildə Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı Prezident İlham Əliyev Yuxarı Gövhər Ağa məscidinin tamamlanması, Saatlı Aşağı Gövhər Ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər vermişdir.

Yuxarı Gövhər Ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscidin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin birinci yarısında Gövhər Ağanın təşəbbüsü ilə məscid yenidən inşa edilmişdir. Dövrümüzə qədər gəlib çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Gövhər Ağa məscidi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Bununla yanaşı, XIX əsrin memarlıq abidəsi sayılan Saatlı məscidinin ibadətə açılması, işğaldan azad edilmiş Şuşada yenidən azan səsinin duyulması Azərbaycanın dini dəyərlərə olan qayğısının təcəssümüdür.

Nurlan ABDALOV,

"Respublika".