Musiqi müsabiqəsinə yekun vuruldu
Region

Musiqi müsabiqəsinə yekun vuruldu

Sabirabad Rayon Mədəniyyət Mərkəzi tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qələbənin ritmi” adlı nağara müsabiqəsi keçirildi.

Uşaq, yeniyetmə və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin təbliği, xalqımızın mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi məqsədilə keçirilən müsabiqədə iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirildi.

Müsabiqənin qalibləri Sabirabad Rayon Mədəniyyət Mərkəzinin fəxri fərmanları və mükafatlarla təltif olundular.

44 günlük müharibədə igid döyüşçülərimizin Zəfər yürüşünü şaqraq ritmlərlə əks etdirən konsert proqramı 8 Noyabra gənc musiqiçilərin ən gözəl hədiyyəsi oldu.

                                             Tofiq HÜSEYN,

                                            “Respublika”.