Müstəqil siyasət və böyük iqtisadi potensial
Siyasət

Müstəqil siyasət və böyük iqtisadi potensial

Ali Avrasiya İqtisadi Şurasının iclası  ölkəmizin beynəlxalq münasibətlər sistemində  önəmini bir daha təsdiq etdi

Mayın 25- Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Rusiya Prezidenti Vladimir Putin tərəfindən qonaq qismində dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Prezidentin belə bir qurumun iclasına dəvət olunması ölkəmizin artıq materikdə söz sahibinə çevrilməsindən xəbər verir.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi 2014- ilin mayında Belarus, Qazaxıstan Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi iqtisadi təşkilatdır. Ermənistan həmin ilin oktyabrında birliyə üzv olub. Birlik rəsmi olaraq 1 yanvar 2015-ci ildə fəaliyyətə başlayıb. Onu da əlavə  edək ki, Azərbaycan heç bir ittifaqa, o cümlədən Avropa Birliyi ya Avrasiya İqtisadi Birliyinə daxil olmağı nəzərdən keçirmir. Azərbaycan coğrafi mövqeyinə görə geniş iqtisadi imkanlara malikdir. Buna görə heç bir ölkədən iqtisadi asılılığı yoxdur. Məhz Prezidentin müdrik siyasəti sayəsində ölkəmiz malik olduğu dayanıqlı iqtisadiyyatı qoruyub saxlaya bilir. Bu da müstəqil xarici siyasət yürütməyə imkan verir.

Prezident  İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycanı beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib.

Ölkəmizin xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan qarşılıqlı əlaqələrdir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yürütməsindən bilavasitə asılıdır. Ölkəmizin son iyirmi illik tarixinə nəzər saldıqda görərik ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu Azərbaycanın beynəlxaq aləmdə nüfuzunun yüksəlməsini şərtləndirib. Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Dövlətimizin xarici siyasəti bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmişdir. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla öz müstəqil xarici siyasi kursunu bəyan edib. Azərbaycanın müstəqil xarici siyasəti, ilk növbədə, onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir.

"Azərbaycanın ikitərəfli formatda təşkilata (Ali Avrasiya İqtisadi Şurası) üzv ölkələrlə iqtisadi münasibətləri müntəzəm artır bizim hamımız üçün - həm Azərbaycan üçün, həm təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir". Bu fikri Rusiya Prezidenti Vladimir Putin mayın 25- Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında deyib. Ümumi olaraq Azərbaycanın ilk dəfə qatıldığı belə bir iclasdakı dərin, konseptual çıxışı ilə  Prezident  İlham Əliyev  iştirakçılarda həm ölkəmizin siyasi-iqtisadi potensialı barədə aydın təsəvvürlər yaratdı, həm Azərbaycanın etibarlı dayanıqlı tərəfdaş olduğunu bir daha diqqətə çatdırdı: "Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda - Füzuli Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir 2025-ci ildə istismara veriləcək", - deyən dövlət başçısı ölkəmizin illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malik olduğunu vurğulayıb. Azərbaycan ikitərəfli formatda - Ermənistan istisna olmaqla - Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb, üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Əmtəə dövriyyəsinin gələcək artımında böyük potensial mövcuddur. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Zəngəzur dəhlizi isə region ölkələrinin tranzit potensialını yüksəldir nəqliyyat sahəsində yeni imkanlar açır. Başqa sözlə, Azərbaycanın təşəbbüskarı olduğu layihələrdə iştirak edən ölkələrə yeni inkişaf fürsəti tanımış olur.

Üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycanın üzv olmadığı təşkilatların da sammit, konfrans görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan Orta Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə regional proseslərdə iştirak verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə yaxşı münasibətlər qurub, bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. 2016- ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Təşkilatın ənənəvi prioritet sahələri olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm separatizm ilə mübarizə, regional təhlükəsizliyin sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm tolerantlığın təşviqi sahələri diqqət mərkəzindədir.

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində heç bir problem yoxdur. İkitərəfli əsasda götürüldükdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir: "Heydər Əliyev Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoyublar". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə bildirib. Rusiyalı həmkarına müraciət edən dövlət başçısı deyib: "Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm de-yure səciyyələndiririk". Ötən ilin əvvəlində Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev onu münasibətlərimizin ruhunu xarakterini, ölkələrimizin qarşılıqlı əlaqələrini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirib.

Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan söz istəyib İlham Əliyevin çıxışına münasibət bildirib. O, dövlət başçımızın Zəngəzur dəhlizi barədə sözlərini  "ərazi iddiaları" adlandırıb. Həmçinin Azərbaycanı 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı pozmaqda günahlandırıb. Cənab İlham Əliyev cavab olaraq deyib ki, Zəngəzur dəhlizi ərazi iddialarını nəzərdə tutmur, nəqliyyat kommunikasiyası mənasını daşıyır. Buna cavab olaraq Paşinyan yenə bildirib ki, Azərbaycan Laçın dəhlizini qanunsuz olaraq bağlayıb. Vladimir Putin İlham Əliyev Paşinyan dialoquna son qoymaq istəsə , bu, baş tutmayıb. Laçın dəhlizinin qanunsuz bağlanması ilə bağlı Paşinyanın sözlərinə cavab olaraq İlham Əliyev bildirib ki, bu yolda nəzarət məntəqəsi dövlət sərhədində quraşdırılıb erməni millətinə mənsub ölkənin istənilən vətəndaşı oradan rahatlıqla keçə bilər. Ermənistan Azərbaycan liderləri arasındakı dialoqu sonlandıran Vladimir Putin tərəfləri "terminologiyaya qapılmamağa" çağırıb: "Mühüm olan odur ki, siz bir-birinizin ərazi bütövlüyünü tanımağa hazırsınız. Bizim üçlükdə danışmağa razılığa gəlməyə imkanımız olacaq", - Putin deyib. Prezident İlham Əliyev bildirib: "Vladimir Putinin dediyi kimi, bu gün sülh sazişinin imzalanması üçün şərait var. Onu da nəzərə alaq ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi artıq tanıyıb".

Onu da qeyd etmək lazımdır ki, Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

Mustafa KAMAL,

"Respublika".