Müstəqilliyimizi əbədiləşdirən dahi lider
Siyasət

Müstəqilliyimizi əbədiləşdirən dahi lider

Tarixdəki ən böyük dühalardan biri - şərəfli mənalı ömür yolunu Azərbaycanın nicatına, milli dövlətçiliyimizin dirçəlməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına xalqımızın müstəqillik arzusuna qovuşmasına həsr edən ümummilli lider Heydər Əliyevdir. Bu dahi insanın adı ölkəmizin xilaskarlıq simvoluna çevrilmiş, həyat fəaliyyəti doğma vətəninə torpağa məhəbbət, sədaqət meyarı olmuşdur. Ona görə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan hər bir tarix bizim üçün müqəddəsdir bu günlərdə dahi liderin anadan olmasının 100- ildönümü xalqımız tərəfindən böyük ehtiram sevgi ilə anılır. Müasir Azərbaycan tarixinin parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyev qəlbimizdə daim yaşayacaq.

Azərbaycançılıq məfkurəsini publisistikaya XIX əsrin axırlarında Məhəmmədağa Şahtaxtlı, ədəbiyyata XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, milli siyasətə, yüksək dövlətçilik səviyyəsinə XX yüzilliyin yetmişinci illərində qüdrətli siyasi xadim Heydər Əliyev gətirmişdir. Tarixi hadisələrin sonrakı gedişi sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, hüquqi sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Ölkəmizin indiki siyasi iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan özünün geosiyasi mövqeyini, ictimai-siyasi mənəvi-psixoloji inkişaf xüsusiyyətlərini nəzərə alaraq mövcud inkişaf modellərinə əsaslanmadan Qərb Şərqin yaratdığı dəyərlərdən yaradıcılıqla səmərəli şəkildə bəhrələnməyə, çoxşaxəli xarici siyasət yeritməyə nail oldu. 1993- ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə hansı şəraitdə hakimiyyətə gəlməsini nəzərə alsaq, Azərbaycanın çağdaş dünyada qazandığı yer mövqenin hansı çətinliklər hesabına başa gəlməsi bir daha aydın olur. Azərbaycan xalqı öz taleyinin qaranlıq bir dalana dirənməsini görərək nicat yolunun axtarışında tarixi seçim aparmaqla üz-üzə dayanmışdı. Həmin çətin anda xalqın öz seçimini düzgün edə bilməsi, böyük fəlakətlərin axarında qüdrətli bir dövlət qurmaq üçün ona növbəti tarixi şans vermişdir, desək, səhv etmərik. Bu isə yalnız idarəçilik təcrübəsi, siyasi iradə vətənpərvərlik ruhuna malik olan siyasi xadimin rəhbərliyi ilə mümkün ola bilərdi. Odur ki, ilk növbədə Azərbaycan cəmiyyətinin dövlətə inamı bərpa olunmalı, bununla da dağılmadan, parçalanmadan mərkəzdənqaçma stereotiplərindən xilas edilmə həyata keçirilməli idi. Çünki təcrübə göstərir ki, belə siyasi şəraitdə baş qaldırmış anarxiya dövlətçiliyi dağıtmağa qadir olan ən təhlükəli amildir. Bu zaman Azərbaycanda düzgün həlledici addımların atılması gərgin siyasi vəziyyəti sabitlik, rifah quruculuqla əvəz etməli idi. Super dövlətlərin geosiyasi mübarizə poliqonuna çevrilən bir ölkədə buna nail olmaq olduqca çətin idi hər şeydən əvvəl qətiyyət siyasi iradə tələb edirdi. Ancaq ulu öndər Heydər Əliyev ölkəni bu problemlərdən çox qısa zaman kəsiyində xilas edə bildi. O zaman Cənubi Qafqaz bölgəsində qarşıdurma meyillərini stimullaşdıran Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizələrə himayədarlıq edən xarici qüvvələr arxayın idilər ki, Azərbaycan hələ uzun illər onların cızdıqları ssenarilərin siyasi faciələrini yaşamaqda davam edəcək. O dövr Azərbaycanda qısa bir vaxtda sabitliyin yaradılacağına inanmaq çox çətin idi. Təcrübəli dövlət xadimi qısa zaman kəsiyində sübut etdi ki, vətəndaş müharibələri, hakimiyyət uğrunda silahlı mübarizələr cəmiyyətdə həm demokratik dəyərlərin təşəkkül tapmasını əngəlləyir. Ulu öndər Heydər Əliyev əsaslı siyasi xətti bir neçə mərhələdə, həm ardıcıl olaraq aparmışdır. Ən əvvəl müdrik siyasi xadimə görə, demokratiya üçün vacib olan şərtlər siyasi sabitlik güclü dövlət hakimiyyəti idi. Təsadüfi deyildir ki, 1993- ildən başlayan proseslər iki il ərzində Azərbaycanda demokratik islahatlar üçün zəmin yaratdı, bu prosesə maneə olacaq daxili xarici qüvvələr tamamilə neytrallaşdırıldı. Bu mərhələnin özəlliyi ondadır ki, siyasi sabitlik olmadan cəmiyyətdə digər problemlərin həllinə dair hər hansı islahata nail olmağın mümkünsüzlüyü sübut olundu. Bununla da xalqla lider arasında sıx bağlılıq harmoniya yaradıldı. Çevik diplomatiya əzmkarlıq sayəsində Azərbaycan siyasi fəlakətdən xilas edildi, xalqın mütəşəkkilliyinə nail olunaraq böyük bir qüvvə ümummilli inkişafa doğru yönəldildi. Bu addım həmin vaxt üçün Azərbaycanın gələcək inkişafına yol açdı. Bu baxımdan, ulu öndərin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini məhz xalqın milli özünüifadəsinin bütün forma vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Bu yolda ən uğurlu addımlardan biri "Əsrin müqaviləsi" oldu. 1994- ildə imzalanmış bu müqavilə görkəmli siyasətçi kimi Heydər Əliyevin uzaqgörən neft strategiyasının məhsulu idi. "Əsrin müqaviləsi"ndən sonra dünya ölkələrinin Azərbaycan iqtisadiyyatına marağı artdı. Alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Çox qısa zaman kəsiyində bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi siyasi nailiyyətlərinin bazisinə çevrilən bu layihə, eyni zamanda Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixə düşmüşdür. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz strateji seçimini inkişaf yolunu - insan hüquq azadlıqlarının ali dəyər hesab edildiyi demokratik, hüquqi dünyəvi dövlət quruculuğu yolunu seçdi bu məqsədə nail olunması üçün qısa müddətdə dövlət cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparıldı. Ulu öndərin banisi olduğu, onun bilavasitə iştirakı ilə ərsəyə gəlmiş ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12- qəbul edilmiş ilk Milli Konstitusiyamız, şübhəsiz ki, bütün bu islahatların istiqamətini müəyyənləşdirmişdir. Bu ali siyasi-hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasının, ərazi bütövlüyümüzün, təbii sərvətlərimizin, dinimiz ana dilimizin, mədəniyyətimizin digər dəyərlərimizin toxunulmazlığının, insan vətəndaş azadlığının, firavanlığın çağdaş təminatçısı olmuşdur. 20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirən ulu öndərin bu addımı bütün dünyaya səs saldı. Əslində bu, Azərbaycanın milli dövlətçilik prinsiplərinin elan olunması hədəflərinin göstərilməsi idi. Əlbəttə ki, Azərbaycan xalqının milli özünüdərkinin bərpası müstəqillik mübarizəmizin uğurla sona çatması üçün ulu öndər Heydər Əliyev böyük xidmətlər göstərdi. Baxmayaraq ki, o dövrdə istər siyasi, istər iqtisadi, istərsə mənəvi-psixoloji baxımdan daim məhdudiyyətlər təzyiqlər altında fəaliyyət göstərirdi. Amma Naxçıvana gələr-gəlməz dərhal Naxçıvan MR Ali Sovetində Azərbaycanın bugünkü bayrağını eyni zamanda, Azərbaycanın tarixi bayrağını - 1918-1920-ci illərdə dalğalanmış üçrəngli bayrağımızı, məhz xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Bu addım xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh optimizm gətirdi. Ondan sonrakı mərhələdə, əlbəttə ki, ulu öndərin fəaliyyət sferası daha da genişlənməyə başladı. Azərbaycandan ilk dəfə olaraq rus imperiyası əsgərlərinin çıxarılması bir xarici dövlətlə sərhədlərin qorunmasının özümüzə qaytarılması da Heydər Əliyev erasında tariximizə yazılan qızıl səhifələrdəndir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı, müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuşdu. Prezidentlikdən tutmuş digər titul vəzifələr isə onun üçün məhz bu məqsədləri həyata keçirməkdə bir mexanizm vasitə idi. Ona görə ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca Heydər Əliyev yaşayacaqdır.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev ölkədə insan hüquqları azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı sayəsində Azərbaycan müasir tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl "Əsl siyasət konkret, real görməkdən ibarətdir" deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003- ildə söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı problemlərinin həlli yolunda bütün bacarıq qabiliyyətimi əsirgəməyəcəyəm" fikirləri ilə real məzmun kəsb etməyə başladı. Möhtərəm Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq siyasətin aktoru statusuna yüksəltməsi ilə bağlıdır. Bu statusa tam adekvat olaraq İlham Əliyev həm daxili, həm xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq qətiyyət nümayiş etdirir. Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə, düşmənlərin əsrlərdir davam edən təcavüzkar siyasətinə son qoyulması, doğma ərazilərimizə "Böyük Qayıdış"ın başlanılması, bir sözlə, Qarabağın ətraf digər rayonlarımızın cənnətə çevrilməsi bir daha sübuta yetirir ki, dahi Heydər Əliyev ideyaları əvvəllər olduğu kimi, bu gün yaşayır, gələcəkdə yaşayacaqdır!

İlham MƏMMƏDOV,

Milli Məclisin deputatı.