Müzəffər Ordumuz hər bir məkrli plana cavab verəcək
Siyasət

Müzəffər Ordumuz hər bir məkrli plana cavab verəcək

Bunu revanşist xəyallara düşən haylar havadarları da unutmasınlar

"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir". Bu fikirləri Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə səlahiyyətli səfirinin  etimadnaməsini qəbul edərkən bildirib. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlət başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda üçün 100 milyonlarla dollar dəyərində silah alır?! Dövlət başçısı vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirmək istəyən qüvvələr müxtəlif təxribatlara əl atır, bölgədə sülhün təhlükəsizliyin təmin olunmasını istəməyən ölkələr öz çirkin planlarını həyata keçirməyə çalışırlar. Bununla da   Ermənistan bu  dövlətlərin əlində alətə çevrilməklə özünü daha da çətin vəziyyətə salır. Lakin bütün bu çirkin niyyətli qüvvələr mühüm bir məsələni unudurlar. Bu, Azərbaycanın yaratdığı reallıqdırPrezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz döyüşərək, öz qanı canı hesabına ərazi bütövlüyünü təmin etdi. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Lakin 30 il ərzində işğala göz yumanlar bu gün regionda yaranan yeni reallıqları həzm edə bilmirlər. Artıq 3 ilə yaxındır ki, yeni bir dövr başlayır. Azərbaycan sülh təhlükəsizlik naminə münasibətlərin normallaşması üçün şərtlərini təklif edir. Xalqımıza, tariximizə, mədəni-dini irsimizə, təbiətimizə, yeraltı yerüstü sərvətlərimizə qarşı edilən bütün terror vandalizm aktlarını soyqırımı cinayətlərini heç vaxt yaddan çıxarmaq olmaz. Biz bunu unutmururq heç bir zaman da unutmayacağıq.

Bu gün regionda diktə edən tərəf qalib Azərbaycandır   Ermənistana dayanıqlı sülh təklif edirik. Bu, ən böyük güzəştdir. Ermənistan yeni reallıqları qəbul etməlidir. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi olacaq, bunu Ermənistan onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Müzəffər liderimiz Talış kəndində mesaj verdi - əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Azərbaycan sülhə nail olmaq üçün  bütün imkanları səfərbər edir.

Azərbaycan  özünün ən şərəfli, məsuliyyətli tarixi dövrünü yaşayır. Ölkə başçısının irəli sürdüyü həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm Prezident, həm Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. Ölkə başçısı ümummilli lider Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. İldən-ilə biz ölkə başçısının həm daxili, həm xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində dünyada önəmi artır. Bu gün əksər regional ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır.

İqtisadi yüksəliş güclü ordu hər bir dövlətin qüdrətini şərtləndirən amillərdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Ali Baş Komandan İlham Əliyevin qətiyyət ardıcıllıqla davam etdirdiyi ordu quruculuğu prosesi xalqımızın zəngin şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində müasir inkişaf səviyyəsinə gəlib çatdı. Bu gün xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılmışdır. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar bu gün Azərbaycan Ordusunun dünyanın güclü orduları sırasında olduğunu təsdiqləyirlər. Xüsusilə qeyd olunmalıdır ki, müasir ordu quruculuğunu xarakterizə edən, Milli Ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır.

Dövlət başçısının diqqət qayğısı sayəsində Azərbaycan Ordusunda hərbi quruculuq işləri yeni mərhələyə yüksəlməkdədir. Belə ki, ordunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, təminat təchizat işlərinin modern tələblər səviyyəsində qurulması dünyanın əsas güc sahibi olan dövlətlərlə hərbi əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi mühüm istiqamətlərdəndir. Erməni kimi məkrli qonşuyla uzun sərhədə malik olmağımız hərbi qüdrətimizin yüksəlməsini özünümüdafiə qabiliyyətinin daim artırılmasını vacib şərtə çevirir. Qürur duyulası haldır ki, qısa zaman kəsiyində böyük inkişaf yolu keçmiş qüdrətli Azərbaycan Ordusu bu gün ölkəmizin təhlükəsizliyinin qarantı olmaqla, müqəddəs bir vəzifəni yerinə yetirir. Yaxşı təlim görmüş əsgərlərimiz ölkəni hər an müdafiə etməyə hazırdır. Bu sadəcə yüksək döyüş ruhu yox, həm modern silahlar sayəsində mümkün olub.

Onu da qeyd etmək lazımdır ki, bütün bu reallıqlara baxmayaraq, Qarabağda gərginlik hələ qalmaqdadır. Bunun əsas səbəbi qanunsuz erməni hərbi birləşmələrinin bölgədən çıxarılmamasıdır, əslində isə kapitulyasiya sənədinə əsasən separatçı rejim erməni ordusu Azərbaycan ərazilərini dərhal tərk etməli idi. Amma bu öhdəlik Ermənistan tərəfindən yerinə yetirilmədi, hətta düşmən adəti üzrə təxribatları terror əməliyyatlarını davam etdirdi. 2021-ci il 11 yanvar 26 noyabr tarixlərində yenidən Rusiyanın vasitəsilə əlavə 2 bəyannamə qəbul olundu ki, burada da bütün nəqliyyat kommunikasiyalarının, o cümlədən Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyənləşməsi - delimitasiya demarkasiya prosesinin başlanması nəzərdə tutulur. 10 noyabr Bəyanatından 2 ildən çox vaxt  keçməsinə baxmayaraq, Ermənistan hələ sülh müqaviləsinə aparan yolları bağlayır, prosesləri sabotaj edir, hərbi təxribatlar törədir. Rusiyanın vasitəçiliyi ilə üçlü formatdan başqa, bir Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə 5 görüş keçirilmiş hər birində ermənilərə bu öhdəliklərin həyata keçirilməsi xatırladılsa da, Ermənistanda  revanşist çıxışlar davam etməkdədir.

"Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, Müzəffər Ordumuz cavab verəcək". Bu sözləri martın 18- Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib: "İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı qədər təzyiqlər oldu, Ermənistana qədər yardımlar göndərildi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura bilmədi, bu gün dura bilmir, sabah da dura bilməyəcək".

Mustafa KAMAL,

"Respublika".