Müzəffər sərkərdə, yenilməz ordu, qüdrətli ölkə
Siyasət

Müzəffər sərkərdə, yenilməz ordu, qüdrətli ölkə

Azərbaycanın qalib ordusu dövlətin, müstəqilliyimizin təhlükəsizliyimizin polad sipəri, xalqımızın etibarlı dayağı, hər birimizin iftixarıdır

10 dekabr 2020-ci il. Bakı, Azadlıq meydanı. “Dəmir yumruqəməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı böyük qürurla, təntənə ilə keçirildi. Yaddaşlardan heç zaman silinməyən tarixi ana çevrilən paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə hərbi gəmi katerlərin təntənəli nümayişi oldu. Həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi paradda göstərildi. Azərbaycan qısa müddət ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Müharibənin hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın buna nail olduq.

Ali Baş Komandanın dərindən düşünülmüş mükəmməl hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası erməni faşizmini iflasa uğratdı. Yüksək peşəkarlıq, nizam-intizam, mobillik, komandirlərə inam, Azərbaycan Ordusunun müasir hərbi texnologiyalara malik olması ondan peşəkarcasına istifadə bacarığı öz sözünü dedi. Lakin bu müharibədə ən önəmli olanı Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji durumu idi. 44 günlük savaş dünya hərb tarixinə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun nələrə qadir olduğunu bilmək üçün təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir. Bu ordu artıq öz adını dünya hərb tarixinə yaza bildi.

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika silahlara malik olan nizami ordusu vardır. Hazırda Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Dünya ölkələri üzrə orduların yeni reytinq açıqlamasına görə, “Global Fire Powerşirkətinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir. Belə ki, Azərbaycan Ordusu 138 ordu arasında gücünə görə 64- pilləni tutub. “2020: hərbi güc reytinqiadlı bu sənəd ümumilikdə 138 ölkənin Silahlı Qüvvələrini əhatə edib. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçuş aparatı helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı hərbi donanma üzrə göstəricilərdir. “Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır”, - deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir döyüş qabiliyyətini artırır.

Azərbaycan Prezidentinin diplomatik məharəti, güclü Ordumuz rəşadətli əsgərlərimiz qarşısında Ermənistan diz çökdü. Azərbaycan Prezidenti İlham Əliyev: “Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq qarşımızda diz çöküb, onları diz çökdürmüşükBax, bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”. Bu qələbə Ali Baş Komandanın, xalqla birliyin, haqq işinin, Müzəffər Azərbaycan Ordusunun gücünün, rəşadətli əsgərlərin, Azərbaycan xalqının iradəsinin qələbəsidir. Ordumuzun döyüş qabiliyyəti daim artır. Bu gün Azərbaycanda çox yüksək vətənpərvərlik ruhu yaşanır. Hamımızın qürur iftixarı olan Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir, bunu yaxın tarix aydın göstərdi. Yenilməz Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızı azad etdi. Hərb salnaməmizin yaddaşına yazılan 2016- ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında, Tovuz döyüşlərində gücünü nümayiş etdirən ordunun rəşadəti sayəsində Qarabağda, işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Məhz həmin o bayraqlar Zəfər paradında, Azadlıq meydanında nümayiş etdirildi. Hərbçilərimizi qabağa aparan, döyüşdə onlara güc verən bu bayraqlar indi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır.

Son illər ərzində ən müasir texnika silahlar alınıb. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzün əyani təsdiqidir. Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir.

Türkiyə Azərbaycanın 2020-ci il sentyabrın 27- başlanan əks-hücum əməliyyatlarında rəsmi Bakıya siyasi-diplomatik dəstək verib. Noyabrın 10-na qədər davam edən müharibədə Azərbaycanın keçirdiyi əməliyyatlar zamanı Türkiyə istehsalı olan silahlar - əsasən Bayraktar TB2” pilotsuz zərbə uçuş aparatları həlledici əhəmiyyətə malik olub. Prezident İlham Əliyev deyib ki, müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü: “Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib müharibədə bu, bizə böyük üstünlük təmin edib. Müharibədən sonra da bu təmaslar davam edir”, - deyən Prezident Türkiyədən Azərbaycana yeni nəsil silahların tədarükünü anons edib. “Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb bu, bizim hərbi qüdrətimizi böyük dərəcədə gücləndirəcək”, - deyə İlham Əliyev bildirib.

Türkiyə istehsalı olan silahlar döyüş əməliyyatlarında çevikliyi operativliyi, dəqiq zərbələri ilə böyük üstünlüklər qazanır. Bu baxımdan Azərbaycan öz ordusunu daha da müasirləşdirərkən Türkiyədən yeni növ silahlar əldə edə bilər. Digər bir tərəfdən, Azərbaycan Ordusunun ən müasir standartlara uyğun yenidən qurulması üçün isə ən məqbul model Türkiyə modelidir. Prezident İlham Əliyev deyib: “Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə bərabər çalışacağıq”. Bu isə Azərbaycan Ordusunun Türkiyə modelində olacağı əlavə üstünlüklər deməkdir.

Mustafa KAMAL,

Respublika”.