NAFTALANDA QANVERMƏ AKSİYASI
Region

NAFTALANDA QANVERMƏ AKSİYASI

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib.

Naftalanlılar qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün artıq ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq, bu il də fəal olublar.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) tibb briqadasının hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan götürülüb.

Karantin qaydalarına uyğun təşkil olunan bu aksiyada Naftalan Şəhər  İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirak ediblər.

Onu da qeyd etmək lazımdır ki,  belə  tədbirlər ölkəmizdə qan bankının yaradılması, irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Zabit XƏLİLOV,

“Respublika”.