NAFTALANDA SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ƏMƏKDAŞLARI İLƏ DƏYİRMİ MASA
Region

NAFTALANDA SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ƏMƏKDAŞLARI İLƏ DƏYİRMİ MASA

Naftalan Şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi (DMA) Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının təşkilatçılığı əsasında DMA-nın fəaliyyət istiqamətləri və layihələr, məşğulluq alt sistemi haqqında məlumatların verilməsi, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin birgə maliyyələşməsi proqramı və peşə hazırlığına cəlb olunması mövzusunda sahibkarlıq subyektlərinin əməkdaşları ilə dəyirmi masa arxasında görüş keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Gəncə-Daşkəsən RMF-nin müdir müavini Namiq Bağıyev, şəhərdə fəaliyyət göstərən Hotel və Müalicə mərkəzlərinin rəhbərləri və məsul əməkdaşları iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən birgə fəaliyyət planlarından, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunmasına köməklik göstərilməsi məqsədilə əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması, aktiv məşğulluq tədbirlərinin vacibliyindən söz açıblar.

Zabit XƏLİLOV,

"Respublika".