NAFTALANLI İKİ ŞƏHİD ANASI ƏSGƏRLƏRİ ZİYARƏT ETDİ
Region

NAFTALANLI İKİ ŞƏHİD ANASI ƏSGƏRLƏRİ ZİYARƏT ETDİ

İslam aləmində ölkənin müstəqilliyini, ərazi bütövlüyünü əhalisinin mühafizəsini, şərəf namusunu müdafiə zamanı canını fəda edənlər şəhiddirlər.

Bəli, böyük Türk millətiTorpaq - uğrunda ölən varsa, Vətəndirşüarı ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Məhz bu səbəbdən Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, əsrlər keçdikcə, onların göstərdikləri igidliklər bir dastana dönür, tarixə qızıl hərflərlə yazılır. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.

Ən yeni tariximizin qanlı unudulmaz səhifəsi olan 1-ci Qarabağ savaşının başlanması ilə ürəkləri Azərbaycanla vuran igidlərimiz könüllü olaraq, azğınlaşmış nankor erməni silahlı dəstələrinin qarşısına çıxdılar, mərdliklə vuruşdular Belə mərd oğullardan biri Naftalan şəhərində boya-başa çatmış, Mehman Dilqəm oğlu Bayramov idi. O, könüllü olaraq cəbhəyə yollanmış, Goranboy rayon ərazi müdafiə taborunun igidləri ilə birgə Şaumyan rayonunun Orta kənd, Gülüstan, Başkənd, Boris, İrkəc, Mənəş, Buzluq digər yaşayış məntəqələrinin mənfur erməni daşnaklarından təmizlənməsində böyük şücaətlər göstərmiş, xalqın sevimlisinə çevrilmişdi. Əfsuslar ki, 1992-ci ilin iyulunda Qaraçanaq uğrunda şiddətli döyüşdə, amansız güllə onun həyatına son qoydu, arzularını puç etdi.

Lakin ən böyük ada, şəhidlik zirvəsinə ucaldı. Bəli, vətənpərvərliyin ən ali məqamı - şəhidlik! Bu ucalığa yüksələnlərin ömür yolu qədər qısa olsa da, şərəfli örnək sayılır.

...Zeynəb ananın ikinci oğlu Vaqif qardaşının ölümündən sonra hərbiçi olacağını qətiyyətləşdirdi. Hərbçi olmaq, torpaqları yadelli işğalçılardan azad etmək üçün yardımçı olmaq... Atalar yaxşı demişdir: “Niyyətin hara, mənzilin ora”. Vaqif Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini müvəffəqiyyətlə bitirdi. Oxuduğu müddətdə davranışı, mədəniyyəti, kreativliyi bacarığı ilə müəllimlərin sevimlisinə çevrildi. O, idmanla çox ciddi məşğul olur, texnikanın sirlərini dərindən öyrənirdi. Motoatıcı ixtisasına yiyələnən Vaqif zabit kimi döyüş bölgəsinə yollandı. Oxuduqlarını məharətlə praktikaya tətbiq edən gənc hərbçi tezliklə fərqləndi. Xidmətdə fərqləndiyinə döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri iləAzərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyiyubiley medalları ilə, “Qüsursuz xidmətə görə” 3- dərəcəli medalla, Fəxri fərman, diplomlar, təşəkkürnamələrlə təltif olundu. Döyüşlərin birində ayağından yaralanan fədakar zabit müalicəsi sona çatmamış döyüş bölgəsinə qayıtdı. O, komandirlik etdiyi əsgərləri hər an ayıq-sayıq olmağa çağırırdı. Bilirdi ki, xain, xoflu düşmən yatmayıb, hər an, məqam düşdükcə öz bədnam hərəkətlərini həyata keçirmək istəyindədir. Belə oldu: Cəbhənin bütün istiqamətlərində mənfur erməni silahlı qüvvələri torpaqlarımıza qəfil hücum etdi, 2016- il aprelin 6-da qanlı vuruşmada, yağı düşmənin qarşısını müvəffəqiyyətlə alan igid, cəsur Azərbaycan zabiti - Bayramov Vaqif Dilqəm oğlu 36 yaşında qəhrəmancasına şəhid oldu. Qəhrəmanlıq bir anın bəhrəsi deyil... Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç yoxdur. Onu minlərlə insan böyük qürur duyaraq, sonsuz göz yaşları ilə, böyüyüb boya-başa çatdığı Naftalan şəhərində son mənzilə yola saldı. Şəhidin valideynləri, Zeynəb ana Dilqəm ata qədər ağır olsa da, Vaqifin şəhidliyindən qürur duyduqlarını bildirdi: Təki Vətən sağ olsun! Bəli, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaşlıq borcudur.

Onlara xüsusi diqqət ayrılır, ölkəmizin hər yerində abidələr ucaldılır, adları məktəblərə, uşaq bağçalarına, küçələrə, parklara verilir.

İki şəhid anası Zeynəb Bayramova ötən gün, “Nsaylı hərbi hissənin zabit əsgər heyəti ilə görüşüb. Onları öz balaları kimi bağrına basıb. Görüşdə şəhid Vaqif Bayramovun anası ilə birlikdə atası, qardaşı, həyat yoldaşı övladları iştirak ediblər. Görüş zamanı 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun qazandığı qələbə münasibətilə zabit əsgərlərimizi təbrik edən Zeynəb ana bir daha vurğulayıb ki, övlad itkisi çox ağır olsa da, övladlarının vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməsi ona təsəlli verir. Bu qələbədə onların da payı var. Müzəffər Ordunun Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham ƏliyevinDəmir yumruğuqələbəni reallaşdırdı, hamını sevindirdi. Biz xoşbəxtik ki, İlham Heydər oğlu Əliyev kimi Prezidentimiz var.

Xatırladaq ki, şəhid anası, Zeynəb ananın sorğusu əsasında istəyi nəzərə alınaraq, özünün ailələrininNsaylı hərbi hissəyə getmələri, əsgərlərlə görüşü Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən təmin edilmişdir. Görüşün sonunda, əsgərlərə ananın özünün hazırladığı dadlı, ləziz yeməklər sovqatlar təqdim edilib.

Zabit XƏLİLOV,

Respublika”.