Nağdsız ödənişlər elektron ticarətin payına düşür
İQTİSADİYYAT

Nağdsız ödənişlər elektron ticarətin payına düşür

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı avqustda 117 min ədəd artaraq 10 milyon 256 min ədədə çatmışdır.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.1 % artmışdır.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 8 ayı ilə müqayisədə 62.3 % artmışdır. 2021-ci ilin 8 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 6 milyard 94 milyon manat təşkil etmişdir. Nağdsız ödənişlərin 3 milyard 278 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2 milyard 439 milyon manatı POS-terminallar, 377 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilmişdir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.