Narkomanlığa qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib
Digər xəbərlər

Narkomanlığa qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

Gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb.

Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Tədbirlər Planı çərçivəsində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların, fləşmobların, müxtəlif həştəqlərlə sosial aksiyaların, idman turnirlərinin və yarışların, mədəni-kütləvi tədbirlərin və rəsm sərgilərinin keçirilməsi və həmin tədbirlərin televiziyada işıqlandırılması nəzərdə tutulur.

AZƏRTAC