Naxçıvanda bir qrup şəxsə mənzil və avtomobil verilib
Sosial həyat

Naxçıvanda bir qrup şəxsə mənzil və avtomobil verilib

Mənzil avtomobillərin təqdimatı tədbirində əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak ediblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumata görə, qeyd olunub ki, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketi üzrə artıq 123 min şəxsə dəstək yönümlü 276 min xidmət göstərilib. Naxçıvan MR- şəhid ailələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 300 mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 587 avtomobil təqdim edilib.

Şəhid ailələrinin üzvləri müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Naxçıvanda şəhid ailələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən ibarət 40 nəfər sanatoriya-kurort müalicə mərkəzlərinə yollayışla təmin olunub. Əhalinin həssas qruplarından olan bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində istehsal xidmət sahələri üzrə kiçik ailə bizneslərini qurmaları üçün mal materiallar formasında aktivlər verilib.

Mustafa KAMAL,

"Respublika".