Nazir: Azərbaycan və Türkiyə Ukraynadakı münaqişənin dialoq, sülh yolu ilə həllinə çağırış edir
Digər xəbərlər

Nazir: Azərbaycan və Türkiyə Ukraynadakı münaqişənin dialoq, sülh yolu ilə həllinə çağırış edir

Ukraynada yaranmış vəziyyət çox ciddi narahatlıq doğurur. Qurbanların sayı artır. Azərbaycan və Türkiyə fəal, məsuliyyətli mövqe sərgiləyir, münaqişə tərəflərinin liderləri ilə çoxsaylı danışıqlar aparır. Həmçinin məsələnin dialoq, sülh yolu ilə həllinə çağırış edir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

 Nazir əlavə edib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquqa əsaslanaraq dialoq çərçivəsində həllinin tərəfdarıdır.

AZƏRTAC