Nazir Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev-muzeyini ziyarət edib
Digər xəbərlər

Nazir Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev-muzeyini ziyarət edib

Martın 30-da Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev-muzeyini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə XX əsrin əvvəllərindən 2004- ildə Fələstin xalqının lideri Yasir Ərafatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən muzey barədə ətraflı məlumat verib.

Muzeyin kolleksiyaları ilə yaxından tanış olan nazir Ceyhun Bayramov sonda xatirə kitabına ürək sözlərini yazıb