Nazir Şirvanda vətəndaşları qəbul edib
Digər xəbərlər

Nazir Şirvanda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində həmin şəhərin və Hacıqabul rayonunun sakinlərini qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Onların sosial vəziyyətləri öyrənilib, müraciətləri ilə əlaqədar müvafiq sosial dəstək tədbirlərinin görülməsi təmin edilib. Vətəndaşların müraciətləri fərdi qaydada araşdırılaraq nəticəsinə əsasən tədbirlər görülüb. Onların aktiv məşğulluq proqramlarına, sosial və reabilitasiya xidmətlərinə, sosial dəstək tədbirlərinə cəlb olunmaları üçün qeydiyyatı aparılıb. Sorğu xarakterli  müraciətlərlə bağlı vətəndaşlara müvafiq mövzularda ətraflı izahatlar verilib.

Mustafa KAMAL,

"Respublika".