Nazirlər Kabineti Aparatında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Sosial həyat

Nazirlər Kabineti Aparatında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Baş nazirin müavinləri və Nazirlər Kabineti Aparatının rəhbərliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ümummilli Liderin Nazirlər Kabineti Aparatının binasındakı abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.

AZƏRTAC