Nazirlər Kabineti Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab-albomu təqdim edib
Mədəniyyət

Nazirlər Kabineti Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab-albomu təqdim edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab-albom nəşr edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ingilis dillərində buraxılmış kitab-albomda Heydər Əliyevin həyat fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotolar yer alıb.

Nəfis tərtibatlı kitab-albom Ümummilli Lider Heydər Əliyevin "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub" fikirləri ilə açılır. Nəşrdə yer alan yüzlərlə foto Ulu Öndərin kəlamları ilə müşayiət olunur.

Nəşrin tərtibatçıları vurğulayırlar ki, Heydər Əliyev Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri sırasında xüsusilə seçilən böyük dövlət xadimidir. O, dərin zəkası sarsılmaz iradəsi sayəsində ən müxtəlif tarixi dövr şəraitlərdə müstəsna idarəçilik bacarığı nümayiş etdirib, Azərbaycan dövləti xalqı qarşısında misilsiz xidmətlər göstərib.

1969-1982-ci illərdə Azərbaycanın geridə qalmış respublikadan əsl mənada çiçəklənən diyara çevrilməsi Heydər Əliyevin adı ilə bağlıdır. 1982-1987-ci illərdə o, SSRİ-nin ali rəhbərliyində ən görkəmli simalardan biri olub. 1991-ci ildə Azərbaycan Respublikasının suverenliyinin elan edilməsi ilə Heydər Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsi başlayır. Müstəqilliyin ilk illərində iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi ilə müşayiət olunan dərin siyasi böhran şəraitində xalqın Heydər Əliyevin hakimiyyətə qayıtmasına dair çağırışları 1993- ildə onun Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə nəticələndi.

Gənc müstəqil respublikaya ən ağır zamanlarda 10 il uğurla rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi sayılır. Onun həyatı zəngin siyasi fəaliyyəti Azərbaycanın milli dirçəlişinin müstəqil dövlət quruculuğunun parlaq təcəssümüdür.

Qeyd edək ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli iris isə xalqımızın milli sərvəti hesab olunur. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Nazirlər Kabinetinin nəşr etdiyi kitab-albom da məhz həmin mərama xidmət edir.